Bank pulu gecikdirən şəxsin şəklini bloklara yapışdırır. Məlumata görə, şəxs yaşadığı binanın bütün bloklarında və bütün mərtəbələrində qonşusunun borclu olduğu haqqında informasiyanın şəkil formasında yapışdırıldığı ilə rastlaşıb. Şəkildə onun qonşusunun borclu olduğu bildirilir və borc vaxtında ödənilməzsə, müvafiq hüquqi tədbirlərin görüləcəyi ilə xəbərdar edilir. Maraqlı nüanslardan biri odur ki, qeyd olunan şəkildə bankın adı qeyd olunmayıb.
Vizual xəbər verir ki, vəkil Anar Qasımov deyerler.org-la fikirlərini bölüşərkən deyib ki, banklar ilk dəfə deyil ki, bu addımı atır: "Əslində bu ilk insident deyil. Sumqayıtda yerləşən banklardan biri müştərinin yaşadığı binanın blokuna onun şəklini yapışdırmışdı. Biz bu məsələ ilə bağlı bankın yerləşdiyi yer üzrə Nəsimi Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmədə biz məbləği kifayət qədər yüksək qoymuşduq. Amma məhkəmə müştəriyə vurduğu mənəvi ziyana görə 2000 manat təzminat kəsdi. Eyni zamanda, bank müştərinin şəklini yapşdırdığı yerlərdə üzrxahlıq elanları da yapışdırmalı idi. Bank məhkəmənin bu qərarından Apellyasiya Məhkəməsinə şikayət ərizəsi vermişdi. Amma Apellyasiya Məhkəməsi də Nəsimi Rayon Məhkəməsinin verdiyi qərarı qüvvəsində saxladı. Ümumiyyətlə, bu, qanunla qadağan olunan bir prosesdir. Banklar müqavilə üzrə öhdəliyini yerinə yetirə bilməyən müştərini məhkəməyə verə bilər".
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”
Rəsmi Bakı CNN-in yaydığı məlumatları rədd etdi – Bəyanat