Banka saxta əsginas verən qadınlar tutulub

Banka saxta əsginas verən qadınlar tutulub
Bakıda banklardan birinə saxta əsginas vermək istəyən qadınlar saxlanılıb.
Vətəninfo.az-ın "Report"a istinadla xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Nəsimi rayonu ərazisindəki "Unibank"ın Əcəmi filialında kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginaz vermək istəyən Bakı şəhər sakinləri Ofeliya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az