Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, “Barselona” futbol klubunun keçmiş baş məşqçisi Tito Vilanova vəfat edib. Bu gün səhər ağır vəziyyətdə hospitala yerləşdirilən 45 yaşlı Vilanova axşam saatlarında dünyasını dəyişib.
İspaniyanın “Marca” qəzeti yazır ki, Vilanova mədəsindəki xəstəlik səbəbindən xəstəxanaya aparılıb. Onun cərrahiyyə əməliyyatına məruz qalacağı gözlənilirdi. Xəstəxanaya aparılan zaman mütəxəssisin huşu özündə olub, o, hospitalda dostlarını və yaxınlarını qəbul edib.
Məşqçi son illər qulaqyanı vəzilərin xərçəngi ilə mübarizə aparıb. O, 2011-ci ilin noyabrında cərrahiyyə əməliyyatına məruz qalıb və kimyaterapiya qəbul edib. 2012-ci ilin dekabrında isə xəstəliyin şiddətlənməsi səbəbindən yenidən xəstəxanaya düşüb.
Tito Vilanova 2012/2013-cü il mövsümündə “Barselona”nın baş məşqçisi olub. 2013-cü ildə isə xəstəliyi səbəbindən postunu tərk edib. Buna qədər isə Xosep Qvardiolanın köməkçisi işləyib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR