Baş Prokurorluq bəzi kütləvi informasiya vasitələrində Ağcabədi rayonunun 46 yaşlı sakininin 54 nəfəri zorlaması barədə yayılan xəbəri təkzib edir.
Baş Prokurorluğun mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, bəzi kütləvi informasiya vasitələrində Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun güya 54 nəfəri zorlamasına dair həqiqəti əks etdirməyən məlumatlar dərc edilib: “Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınıb, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib”.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR