Dünən bacısı tərəfindən başı kəsilən 20 yaşlı Günel Etibar qızı Nuriyevanın yaşadığı Xudu Məmmədov küçəsi 18 ünvanı hazırda polis tərəfindən mühasirəyə alınıb.
Vətəninfo.az xəbər verir ki, Publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, əraziyə jurnalistlər buraxılmır.
Artıq Günelin meyiti ilkin ekspertizadan keçirilib.
“Qızın üzərində heç bir zorakılıq əlaməti qeydə alınmayıb. Bakirəliyin pozulması faktı yoxdur. Günel Nuriyevanın lezbiyan olması ilə bağlı deyilənlər yalandır”.
Hazırda bacısını öldürən Pərvanə Nuriyeva istintaq hərəkətlərinin aparılması üçün qətlin törədildiyi evə gətirilib.
Qonşuların Publika.az-a verdikləri məlumata görə, onlar bu bacıları yaxşı qızlar kimi tanıyıblar. Qızlardan heç bir pis hərəkətin və ya evə kənar şəxslərin gətirilməsinin şahidi olmayıblar.
Öldürülən böyük bacı idi, hadisəni törədən əkizlərdən biridir. Ölən bacısının meyitini isə digər əkiz bacı aşkarlayıb. Valideynlərini çağırarkən isə onun öldüyünü deyil, yaralı olduğunu bildiriblər.
Məlumata görə, G. Nuriyeva bu gün saat 17-də Şəki şəhərində dəfn olunacaq.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR