“Beko Rəşad” yeni vəzifəyə təyin edildi

“Beko Rəşad” yeni vəzifəyə təyin edildi
Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və "Beko Rəşad” kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik 

Miq.az-ın Avtosfer.az-a istinadən məlumatına görə, bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb.

Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.
 

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az