Vətəninfo.az xəbər verir ki, Göyçay rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında rayonun Çayarxı kəndində qeydə alınıb. Kənd sakini, 1954-cü il təvəllüdlü Mahmud Şıxməmmədov yaşadığı evin həyətindəki mal-qara tövləsində özünü kəndirlə asaraq intihar edib. 2009-cu ildən Çayarxı, Qarabaqqal və Hacalıkənd kəndlərini birləşdirən Qarabaqqal bələdiyyəsinin sədri vəzifəsində çalışan, üç övlad atası olan M. Şıxməmmədovun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda rayon rəhbərliyi və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Göyçay Rayon Prokurorluğu tərəfindən intihar hadisəsinin baş vermə səbəbi araşdırılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR