Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsa yeni vəzifə verilib. 67 yaşlı almaniyalı mütəxəssis ABŞ yığma komandasının çalışdırıcısı Yurgen Klinsmannın müşaviri təyin edilib. O, DÇ-2014-ün gedişində sabiq yetirməsinə məsləhət verəcək.
Bu barədə ABŞ Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Yeni təyinatla bağlı 90-cı illərdə Foqtsun rəhbərliyi altında Almaniya yığmasında top qovan Klinsmannın açıqlamasına da yer verilib. 45 yaşlı mütəxəssis həmyerlisinin təcrübəsinin onlar üçün faydalı olacağını ifadə edib:
“Berti Foqtsun məsləhətçi qismində bizə qoşulmasından çox məmnunuq. Onun futbolçu və məşqçi kimi yaxşı təcrübəsi var, böyük turnirlərdə uğur qazanmaq üçün nə etmək lazım olduğunu yaxşı bilir. O, 90-cı illərdə mənim məşqçim olub və çox yaxşı münasibətimiz var. Foqts Şotlandiya, Nigeriya və Azərbaycan millilərinə rəhbərlik etdiyindən, dünya çempionatındakı rəqiblərimizlə yaxşı tanışdır. Bu bizim üçün böyük bonusdur”.
Qeyd edək ki, Berti Foqtsun rəhbərlik etdiyi yığma komandamız mayın 27-də ABŞ millisi ilə yoldaşlıq oyunu keçirəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR