“Kramer özündənrazı formada danışa bilməz. Onun dünya çempionluğunda rolu az olub”.
Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının sabiq baş məşqçisi Berti Foqts deyib.
Almaniya mətbuatına danışan 67 yaşlı mütəxəssis Münhenqladbax “Borussiya”sının futbolçusu Kristof Krameri tənqid edib.
O, 23 yaşlı yarımmüdafiəçinin Almaniya yığmasının heyətində qazandığı dünya çempionluğunda böyük rol oynamadığını bildirib: “Başa düşə bilmirəm ki, Kramerin mundialda nə işi var idi? Almaniyada ondan da yaxşı futbolçular var. Kramer “Borussiya”da Hennes Vaysvaylerlə çalışsaydı, çətin günlər yaşayardı. Mən onun rəhbərliyi altında oynamışam. Futbolçunu daim təzyiq altında saxlayırdı. Klublar heyətlərinə futbolçu cəlb edəndə diqqətli olmalıdılar”.
Foqts söhbət əsnasında bir daha Almaniya çempionatında çalışmayacağını bildirib: “Bundesliqa maraqlı çempionatdı. Son illər daha da inkişaf edib. Amma mənim üçün Bundesliqa dəftəri bağlanıb. Yenidən Almaniya çempionatında işləməyim o qədər də inandırıcı görünmür”. Məşqçi futbolla vidalaşmaq haqda hələ düşünmür: “İşsiz qalmaqdan, evdə oturub “Borussiya”nın oyunlarına baxmaqdan qorxmuram. Amma mənə doğma olan işlə vidalaşmaq fikrim yoxdu. Futbolda bundan sonra da nəsə edəcəm. Əgər məşqçiliyi davam etdirəcəmsə, çalışdıracağım komanda güclü olmalıdı. Yoxsa yenə 5-6 il ərzində komandanın oyununu formalaşdırmaq mənlik deyil”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR