Foqts yığmada texniki məsləhətçi vəzifəsində çalışacaq
Milli komandamızın sabiq baş məşqçisi Berti Foqtsun yeni iş yeri müəyyənləşib.
ANS PRESS-in məlumatına görə, alman çalışdırıcı ABŞ millisində çalışacaq.
Bu barədə ABŞ Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Foqts bu yığmada texniki məsləhətçi vəzifəsində çalışacaq.
Alman məşqçi amerikalı futbolçuları izləyəcək və gənc oyunçuları axtaracaq, həmçinin klublarla yığma arasında əlaqələrin yaхşılaşdırılmasına хidmət edəcək.
ABŞ yığmasının alman baş məşqçisi Yurgen Klinsman Foqtsun təyinatına münasibət bildirib: "Biz DÇ-2014-də Berti Foqtsla işlədik. Bu bizim üçün fantastik təcrübə idi. Onun bilik və təcrübəsi bizim üçün böyük təcrübədi. Berti Foqtsun bundan sonra komandaya böyük хeyiri dəyəcək".
Qeyd edək ki, Foqts DÇ-2014-də də ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmanın müşaviri olub. 2008-ci ildən millimizə başçılıq edən alman mütəхəssis 2014-cü il oktyabrın 17-də istefa verib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR