İraqın Kürd Muxtariyyətinin rəhbər Məsud Bərzani peşmərgə silahlılarının 48 saat ərzində Kobaniyə daxil olması haqqında göstəriş verib.
Vətəninfo.az xəbər verir ki, bu barədə Əl-Cəzirə kanalı məlumat yayıb. Amma Kobaniyə göndəriiləcək silahlı birləşmələrin hansı marşrutla və saylarının nə qədər olacağı barədə açıqlama verilməyib.
PYD başqanı Asya Abdullah da telekanala verdiyi müsahibəsində bu barədə onlara heç bir məlumat verilmədiyini və indiyə kimi peşmərgə silahlılarının Kobaniyə gəlmədiyini deyib.
Qeyd edək ki, peşmərgənin iki marşrut üzrə Kobaniyə daxil olacağı ehtimal olunur:
1.Silah və hərbi qüvvələr İraqın şimalındakı Zaho sərhəd məntəqəsindən Şırnakın Silopi mahalına keçəcək və İpək yolu olaraq tanınan yolla Kobaniyə daxil olacaq.
2.Silah və peşmərgə gücləri İraq-Suriya sərhədindəki Fişhabur sərhəd məntəqəsindən keçərək Suriyanın şimalındakı və PYD-nin nəzarəti altında olan Rasulayn sərhəd qapısından Şanlıurfa vilayətinin Ceylanpınar mahalına daxil olacaq, buradan isə Viranşehir yolu ilə Kobaniyə doğru hərəkət edəcək.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR