Bəşər Əsəd ABŞ-ı “quldur dövlət” adlandırdı

Bəşər Əsəd ABŞ-ı “quldur dövlət” adlandırdı
"ABŞ neftimizi oğurlayır”.

Bunu Suriya Prezidenti Bəşər Əsəd "Rossiya 24” telekanalına müsahibəsində deyib.

"Birləşmiş Ştatlar quldur dəstələri üzərində siyasi rejim kimi qurulmuş dövlətdir”, – Suriya lideri əlavə edib.

"Report” xatırladır ki, noyabrın 6-da KİV-də ABŞ Prezidenti Donald Trampın Suriyanın şərqindəki neft yataqlarının təhlükəsizliyini təmin etmək üçün genişləndirilmiş hərbi missiyanı təsdiqlədiyi barədə xəbərlər yayılıb. Yeni plana əsasən, qoşunlar Deyr-əz-Zordan Əl-Hasakiyə qədər, təxminən, 150 km uzanan ərazidə kürd yaraqlılarının nəzarətində olan böyük ərazini qoruyacaq.

Daha sonra ABŞ Dövlət Departamenti Suriyanın ABŞ-ın nəzarətində olan ərazilərində neftin yerli hökumət tərəfindən hasil olunduğunu, Departamentin Prezidentdən neft yataqları ilə bağlı nə isə etmək tapşırığı almadığını bildirib.("Report”)

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az