Beynəlxalq Banka yeni mətbuat xidməti rəhbəri təyin olundu

Beynəlxalq Banka yeni mətbuat xidməti rəhbəri təyin olundu
Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat xidmətinə yeni rəhbər təyin olunub. 
Bu barədə ABB mətbuat xidmətinin yeni rəhbəri Yadigar Cəfərli özü məlumat verib.
Y.Cəfərli bu vəzifədə öz işinə başlayıb. 
Tanınmış jurnalist Yadigar Cəfərli bundan əvvəl "Azər Türk Bank" və "Kapitalbank"da mətbuat xidmətində çalışıb. BDU-nun Jurnalistika fakültəsinin məzunu olan Y.Cəfərli 1998-ci ildən mətbuatda çalışır. "Şərq" və "Azərbaycan" qəzetlərinin əməkdaşı olub. Filologiya üzrə fəlsəfə doktorudur.
Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev bu gün tutduğu vəzifədən istefa verib. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib. (Report)

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az