Beyons 8 dəfə geyimini dəyişdi - video
Ad gününü qeyd etmək üçün sadəcə bir gün işlərinə fasilə verən
müğənni Beyons Pensilvaniyada baş tutan "Made in America" festivalına
qatılıb.
Vətəninfo.az xəbər verir ki, Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına
görə, müğənni "Crazy in Love", "Bootylicious", "Drunk in Love" kimi
məşhur mahnılarını ifa etməklə yanaşı səhnədəki şoularıyla da diqqət
çəkib.
Bir konsertdə 8 dəfə geyim dəyişən Beyons gecə boyu
izləyicilərə sürpriz yaşadıb. Karyerasının başlanğıcı olan "Destiny's
Child" qrupundan Kelli Rouland da konsertdə olub. Niki Minaj da "Halo"
mahnısında müğənniyə dəstək olub.