Vətəninfo.az xəbər verir ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva ad gününü uşaqlarla birlikdə qeyd edib. ANS PRESS-in məlumatına görə, “Jumeirah Bilgah Beach Hotel”də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə uşaqlar üçün şənlik keçirilib. Tədbirdə uşaq evləri və internat məktəblərindən, Daun Sindromlu Şəxslərin Assosiasiyasından gəlmiş 400-ə yaxın uşaq iştirak edib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və Arzu Əliyevanın da iştirak etdikləri tədbirdə Azərbaycanın birinci xanımı ətrafına toplaşmış uşaqların sevincini bölüşüb, onlarla səmimi söhbət edib.
Tədbirdə balacalar üçün qurulan, əsl bayram ab-havası yaradan dekorasiyalar uşaqların əhval-ruhiyyəsini daha da yüksəldib. Uşaqlar müxtəlif rəqslərə qatılıb, mahnılar ifa edib, məharətlərini göstəriblər. Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqlarla birgə rəqs ediblər. Tədbirdə uşaqların istedadlarını nümayiş etdirmələri üçün xüsusi guşələr də yaradılıb. Balacaların sevimli cizgi filmlərinin qəhrəmanlarını canlandıran personajlar, səhnəciklər, oynaq, şux mahnılar, rəqslər tədbiri daha da rəngarəng edib. Şənlikdə uşaqlara Heydər Əliyev Fondu tərəfindən hazırlanmış hədiyyələr təqdim olunub.











Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR