Azərbaycanın fəal gəncləri Gürcüstan prezidenti Mixail Saakaşviliyə müraciət hazırlayıb. Müraciətə tanınmış jurnalistlər, yazarlar, ictimai fəallar və gənclər təşkilatları imza atıb. “Vətəninfo.az”-ın məlumatına görə, məqsəd gürcü prezidentdən Tiflisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcılarından olan Məmməd Əmin Rəsulzadəyə abidə ucaldılmasını xahiş etməkdir. Dünən bu təşəbbüslə bağlı keçirilən mətbuat konfransında müxtəlif fikirlər, təkliflər səsləndi. Tədbirdə iştirak edən gənclər, yazarlar M.Ə.Rəsulzadəyə Tiflisdə heykəl qoyulması ideyasını müsbət qiymətləndirdilər.
Eyni zamanda qərar qəbul olundu ki, bu məqsədlə xalqdan pul yığılsın. Hər adama 1 manatdan toplanan vəsaitlə abidənin qoyulmasına yardım göstərilsin. Tədbir iştirakçıları qeyd etdilər ki, xalqdan toplanan 1 manatla həm də Azərbaycan hakimiyyətinə utanc vermək niyyətindədirlər.
Qeyd edək ki, Saakaşviliyə müraciəti Müsavat, AXCP, VHP gənclər təşkilatları, “Nida” vətəndaş hərəkatı, Müsbət Dəyişiklik gənclər hərəkatı, İnsan Hüquqları Klubu hazırlayıb. O cümlədən tanınmışlardan Zamin Hacı, Şahvələd Çobanoğlu, Elnur Astanbəyli, Seymur Baycan, Əli Əkbər, İlqar Cahangirov və başqaları da bu müraciətə qoşulub. Artıq 101 nəfər müraciəti imzalayıb.
Oral MƏDƏNÇİ
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR