Hacı Sahibə adı ilə tanınan qadının şəxsi yanacaqdoldurma məntəqəsi, çoxsaylı ticarət obyektləri olub.
Bu gecə Kürdəmir rayonunda tanınmış iş adamı olan qadın vəhşicəsinə qətlə yetirilib. Kürdəmir rayon prokurorunun böyük köməkçisi Pərviz Nərimanovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə gecə saat 01 radələrində rayonun Heydər Əliyev prospektində baş verib.
Həmin ünvanda yaşayan 1954-cü il təvəllüdlü Sahibə Məhəmməd qızı Hacıəliyeva həyətində qətlə yetirilib. Onun bədənində çoxsaylı bıçaq xəsarətləri aşkarlanıb.
Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Cinayət isti izlərlə açılıb. Araşdırmalar zamanı məlum olub ki, qətl 25 yaşlı Şaiq Şahin oğlu İsrafilov tərəfindən törədilib.
Hadisədə şübhəli bilinən Şaiq İsrafilov saxlanılıb. O, ilkin ifadəsində törətdiyi cinayəti etiraf edib.
Cinayətdə şübhəli bilinən Şair İsrafilov bildirib ki, qadını şəxsi münasibətlər zəmnində yaranan mübahisə zamanı qətlə yetirib.
Qeyd edək ki, öldürülən Sahibə Hacıəliyeva bölgədə tanınmış iş adamlarındandır. Hacı Sahibə adı ilə tanınan iş adamının şəxsi yanacaqdoldurma məntəqəsi, çoxsaylı ticarət obyektləri var.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR