BMT-nin Təhlükəsizlik Şurası Liviya ilə bağlı qətnamə lahiyəsi hazırlayıb.
Vətəninfo.az xəbər verir ki, qətnaməyə Liviya hökumətinə qoyulmuş hərbi embarqonun ləğvi, militantlara silah göndərilməsinin qarşısının alınması və beynəlxalq ictimaiyyətin dəstəklədiyi Liviya hökumətinin paytaxt Tripoliya geri dönməsi də daxildir.
Şura Liviyadakı böhranla bağlı növbədənkənar iclas keçirib. Ölkədə beynəlxalq ictimaiyyətin dəstəklədiyi hökumət və hərbi dəstələr 2011-ci ildə Müəmmar Qəzzafinin devrilməsindən sonra hakimiyyət və ərazi uğrunda mübarizə aparır. İclasın keçirilməsi Liviyada İslam Dövləti qrupunun 21 misirli xristianın başını kəsməsindən sonra qərarlaşdırılıb.
Liviyanın xarici işlər naziri Məhəmməd Əl-Dairi ölkədəki böhranı fəlakət adlandıraraq, şüranın sülh və stabilliyi qorumaqda məsuliyyət daşıdığını deyib.
Xarici işlər naziri Liviyanın beynəlxalq hərbi müdaxilə istəmədiyini vurğulayıb.
Liviyaya 2011-ci ildən bəri silah embarqosu tətbiq edilib. Hazırda Tobrukda fəaliyyət göstərən beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənən hökumət BMT-dən müəyyən silahların ölkəyə satılmasına icazə verilməsini istəyib. Ancaq təşkilat embarqonun qaldırılması ilə satılacaq silahların Liviyadakı militant qrupların əllərinə keçəcəyindən narahatdır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR