BMT-nin Dünya Ərzaq Proqramı maliyyə çatışmazlığına görə 5 fərqli ölkədə məskunlaşan suriyalı qaçqınları yemək talonları ilə təmin edən proqramı dayandırıb.
Vətəninfo.az-ın məlumatına görə, qurum dekabr ayında 1,7 milyon qaçqının ehtiyacını ödəmək üçün 64 milyon dollara ehtiyacolduğunu bildirib. Bu vəsait onlara İordaniya, Livan, Türkiyə, İraq və Misirdəki yerli satıcılardan ərzaq almağa imkan yaradacaq.
Suriyaya qonşu ölkələr Suriya qaçqınlarının artan tələbatlarını ödəyə bilmək üçün mücadilə aparırlar. Suriyada müharibə artıq dörd ildir davam edir.
2011-ci ilin mart ayında başlayan münaqişə nəticəsində 3 milyondan artıq insan ölkəni tərk etməli olub.
Bu gün Dünya Ərzaq Proqramı bildirib ki, onlar yemək talonu proqramı vasitəsi ilə artıq 800 milyon dollardan artıq vəsait xərcləyiblər və əgər yeni maliyyə vəsaitləri ayrılsa, onlar bu proqramı tətbiq etməyə davam edəcəklər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR