Nigeriyanın Boko Haram yaraqlı qrupu ölkədə zorakılıq üzündən artıq gələn ayadək təxirə salınmış seçkiləri pozacağı ilə təhdid edib.
Vətəninfo.az xəbər verir ki, veb səhifədə yerləşdirilmiş yeni videoda Boko Haram qrupunun başçısı Əbubəkir Şekau deyib ki, toqquşmalar onun döyüşçülərinin həyatı bahasına başa gəlsə belə Allah seçkilərin keçirilməsinə imkan verməyəcək.
Yaraqlı qrup dəfələrlə nigeriyalılara martın 28-nə nəzərdə tutulmuş prezident və parlament seçkilərində səs verməməyə dair xəbərdarlıq edib. Seçkilər bundan əvvəl fevralın 14-ü keçirilməsi nəzərdə tutulmuşdu. Lakin rəsmilər seçkilərin keçirilmə tarixini təxirə salmağa qərar verib.
Nigeriya boyu üç fərqli yerdə partlayışlar onlarla insanın ölümünə səbəb olub. Zorakılıqlara Okrika liman şəhərində APC partiyasının siyasi yürüşünə hücum daxildir.
APC partiyası iqtidarda olan PDP partiyası və Boko Haram qrupunun qarşısını ala bilmədiyinə görə daim tənqidlərlə üzləşən president Qudlak Conatana qarşı təyziqləri dəstəkləyir.
Nigeriya hərbi qüvvələri bu həftə hərbi əməliyyatlar zamanı Boko Haram qrupunun 300 yaraqlısını öldürüb, 11 şəhəri isə ələ keçirdiyini bildirib. Bəzi yaraqlıların həbs edildiyi və hərbi arsenallarının məhv edildiyi deyilir. Bu məlumatlar müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR