Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyi davam edir.
Vətəninfo.az xəbər verir ki, yarışların 4-cü günündə daha 4 boksçumuz rinqə çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev ilk görüşdəcə Belarus nümayəndəsi Dmitri Asanauova məğlub olub - 1:2.
Superağır çəki dərəcəsində gücünü sınayan Məhəmmədəli Tahirov isə Avropa birinciliyinə qələbə ilə başlayıb. Bokçumuz slovakiyalı Qarlik Lukasdan üstün olub - 3:0. Milli komandamızın üzvü bu gün keçiriləcək ¼ final mərhələsində Ermənistan idmançısı Qnel Muradyanla qarşılaşacaq.
Yeniyetmələrin Olimpiya Oyunlarının iştirakçısı Məsud Yusifzadə də (52 kq) ilk görüşdə qələbə qazanıb. Həmyerlimiz Şotlandiya təmsilçisi Lii Makqreqor üzərində qələbə qazanıb - 2:1. M.Yusifzadənin ¼ finaldakı rəqibi Gürcüstanı təmsil edən Qaqik Pozoyan olacaq.
69 kq məki dərəcəsində çıxış edən Roman Zakirov məşqçilərin ümidlərini doğrultmayıb. Boksçumuz ilk görüşdə xorvatiyalı Luka Prtenjakaya məğlub olub - 0:3.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR