Bakıda qətl hadisəsi baş verib.
Vətəninfo.az ANS TV-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində yerləşən Ramiz Aboyev adına istirahət parkında qeydə alınıb. Zərdab rayonunda anadan olan, 1967-ci il təvəllüdlü Əhədov Səhliyar Qiyas oğlu aralarında yaranan münaqişə zəminində tanışı, 1961-ci il təvəllüdlü Ağayev Namiq Ağa oğlunu bıçaqlayaraq qətlə yetirib.
Səhliyar Əhədovun sözlərinə görə, Namiqin ona pul borcu olub. Elə hadisə baş verən gün də bu məsələni müzakirə edirmişlər. Səhliyar Əhədov Binəqədi polisi tərəfindən saxlanılıb.
Fərdi evlərdə usta işləyən Əhədov hadisədə istifadə etdiyi bıçağı da həmişə məişət işləri üçün cibində gəzdirdiyini dedi.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq araşdırmaları aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR