Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) cəbhə bölgəsində vurulan helikopterin pilotları ilə bağlı əlaqədar orqanlarla dialoq aparır.
Vətəninfo.az-ın məlumatına görə, BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova APA-ya açıqlamasında bildirib ki, təmsilçisi olduğu qurum noyabrın 12-də baş vermiş hadisə barədə məlumatlıdır: “Cenevrə konvensiyalarına görə, münaqişə tərəfləri hər bir zaman yaralı və ya həlak olmuşların tapılması və yığılması üçün mümkün olan bütün fəaliyyətlər həyata keçirilməlidir. BQXK vertolyot pilotlarının taleyini aydınlaşdırmağa və uyğun xidmətlər təqdim etmək üçün neytral vasitəçi fəaliyyətini həyata keçirməyə hazırdır. BQXK əlaqədar orqanlarla dialoq aparır”.
Qeyd edək ki, noyabrın 12-də cəbhənin Ağdam rayonu istiqamətində Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş cütlüyündən ibarət Mi-24 tipli helikopterləri müdafiənin ön xəttində yerləşən mövqelərimizə hücum edərək atəşə tutublar.
Cavab atəşi ilə düşmənin döyüş cütlüyündən ibarət helikopterlərindən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR