Xalq artisti Brilliant Dadaşova bacısı qızı Səidə Dadaşova barəsində maraqlı fikirlər səsləndirib. Lent.az-ın məlumatına görə, “5/5” verilişinə qonaq olan xalq artisti bildirib ki, S.Dadaşova ona layiq olmayan insanlarla gəzir. Belə ki, S.Dadaşova verilişə gələn zaman “Tıxacları yara-yara nəhayət, gəlib verilişə çatdım”, - deməsinə peşman olub. B.Dadaşovanın mikrofonu götürərək, S.Dadaşovaya bu sözləri deyib: “Küçədəki tıxacları yarmaq asandır. Sən həyatındakı tıxacları yar, evə gəl, yanımızda ol. Madam ki, söhbət düşüb, deyim. Səidə həm mənim bacım qızı, həm də əmioğlumun qızıdır. Çox istedadlıdır. Əfsuslar olsun ki, onun bir az təmiz xislətindən bir çoxları istifadə edir. Səidə mənim xoşuma gəlməyən insanlarla oturub-durur. Mən də, atası da, anası da 100 dəfə demişik ki, sənətlə məşğul ol. Yanımızda ol. Ona dəfələrlə demişəm ki, səsini qoru, pis vərdişlərdən uzaq ol. Məsələn, siqaret çəkir. Mənim Səidəyə ilk narazılığım siqaret üstündə olub. Demişəm ki, Səidə sən müğənnisən, siqaretdən uzaq ol. İndi bir çox müğənnilər siqaret çəkir, amma boyunlarına almırlar. Burda ayıb heç nə yoxdur. Sadəcə bu insanın səhhətinə ziyandır. Bir sözlə biz bu Səidəni öz yanımıza çəkə bilməmişik”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR