Bakıda keçirilən birinci Avropa Oyunlarının mükafatçıları 112 min rubl (2 min dollara yaxın – red.) qızıl medal üçün, 56 min (min dollara yaxın – red.) gümüş medal üçün və 33,6 min (600 dollara yaxın) bürünc medal üçün alacaqlar.
Vətəninfo.az-ın məlumatına görə, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Rusiyanın baş naziri Dmitri Medvedev bəyan edib.
“Mən birinci Avropa Oyunlarının mükafatçılarına, məşqçilərə, mütəxəssislərə pul mükafatı verilməsinə dair hökumət sərəncamı imzalamışam. Məlum səbəblərə görə, burada gənc atletlər, perspektivli atletlər sınaqdan keçirilir. Bu Olimpiya oyunları, dünya çempionatı deyil, yenə də bu mahiyyət kəsb edən sınaqdır”, - Medvedev deyib.
Xatırladaq ki, iyunun 12-dən 28-nə kimi Bakıda keçirilən Avropa Oyunlarında Rusiya yığması ümumilikdə 164 – 79 qızıl, 40 gümüş və 45 bürünc medal qazanıblar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL