“Bu yay çox pis dincəldim"
Müğənni Xatirə İslam yay istirahətindən şikayət edib.
Sənətçi Antalyaya getməyinə peşman olub:
"Bu
yay çox pis dincəldim. Seçimimi düz etmədim. Hər zamankı kimi Antalyaya
getmişdim, peşman oldum. Həmişə istirahətə xərclədiyim pulun üç qat
artığını verdim. Amma yaxşı deyildi. Ailə üzvlərimlə getmişdim. Yenidən
səyahət planlaşdırıram. Həyat yoldaşım işdən icazə ala bilsə, Avropaya
getmək istəyirəm. Tək yola çıxa bilmirəm”.
Yaradıcılığından bəhs edən X.İslam yeni mahnı hazırladığını deyib:
"Yarım”
adlı mahnını yaxın günlərdə təqdim edəcəm. Sentyabrda maraqlı
layihələrim olacaq. Hələ ki, yayda dincəlməyə üstünlük verirəm”.
Axşam.az