Bunu edən şəxs məsuliyyətə cəlb olunmalıdır
Xəbər verdiyimiz kimi bu gün Abşeron otelinda baş tutan tədbir
zamanı jurnalistlərdən biri "Luk Oil” şirkətinin vitse - prezidentinə
məxsus olan suveniri oğurlayıb.
Mətbuat Şurasının sədri Əflatun Amaşov
Moderator.az - a açıqlama verərək baş vermiş hadisəyə münasibət bildirib:
"Oğurluq
hadisəsini kimin törətməsindən aslı olmayaraq bunu edən şəxs
məsuliyyətə cəlb olunmalıdır. Əgər həqiqətən də orada oğurluq baş
veribsə bu araşdırılmalıdır. Abşeron otelində kameralar imkan verir ki,
müşahidələr aparılsın. Əlbəttə ki, əgər hadisə baş veribsə və bunu
jurnalist törədibsə, bu çox təəssüfləndirici haldır. Jurnalistin işi
getdiyi məkanlarda, tədbirlərdə informasiya alıb onu cəmiyyətə
çatdırmaqdan ibarətdir.”