Vətəninfo.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov medalla təltif olunub.
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) həyata keçirdiyi layihələrdə mühüm xidmətlərinə, türk dünyasının mədəniyyətinə və incəsənətinə verdiyi töhfələrə görə Cahangir Novruzova “TÜRKSOY-un 20 illiyi” yubiley medalına layiq görülüb. Medalı TÜRKSOY-un Baş katibi Düsen Kaseinov həmyerlimizə təqdim edib.
Medalın təqdimatı Türkiyənin Sabancı Vəqfi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Adana şəhərində XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalının açılışı çərçivəsində baş tutub. Mərasimdə Adana Bələdiyyəsinin sədri Hüseyin Sözlü də iştirak edib.
Bir ay davam edəcək XVI Dövlət Teatrları və Sabancı Beynəlxalq Adana Teatr Festivalında Türkiyədən 5, xarici ölkələrdən 16 teatr kollektivi iştirak edir. Azərbaycanı festivalda Akademik Milli Dram Teatrı M.F.Axundovun “Lənkəran xanının vəziri” tamaşası ilə təmsil edəcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR