Azərbaycan milli komandasının daha bir sabiq futbolçusu karyerasını Türkiyədə davam etdirəc
“Vətəninfo.az” xəbər verir ki, milliləşdirilən braziliyalı yarımmüdafiəçi Fabio Luis Ramimin “Karşıyaka”ya transferindən sonra Cavid Hüseynov I liqa təmsilçisi “Adana Dəmirspor”a keçib. Mövsüm bitəndən sonra “Neftçi” ilə yollarını ayıran 24 yaşlı yarımmüdafiəçi I liqaya yeni yüksələn komanda ilə 2 illik müqavilə bağlayıb.
Klubun vitse-prezidenti Əli Uğur Akbaş Hüseynova böyük ümid bəslədiklərini söyləyib:
“Cavid çox uğurlu futbolçudur. O, 29 dəfə yığmasının formasını geyib, 3 dəfə öz ölkəsinin çempionu olub. İnanırıq ki, Hüseynov “Adana Dəmirspor”u da hədəfinə çatdırmaq üçün böyük fayda verəcək. Transfer çalışmalarımızda son dərəcə diqqətli davranırıq, yüz ölçüb, bir biçirik”.
Cavid isə çox böyük kluba xidmət edəcəklərini bildirib:
“Adana Dəmirspor”la müqavilə imzaladığı üçün özünü xoşbəxt sayıram. Yeni klubumun və azarkeşinin gücünə çox yaxından bələdəm. Komandamız hədəflərinə yaraşan oyun ortaya qoyaraq, hər kəsi məmnun edəcəyik”.
Qeyd edək ki, Hüseynov əvvəllər “İnter” və “Neftçi”nin heyətində üst-üstə 3 dəfə ölkə çempionu olub.
Apasport.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR