Cəbhə xəttinddən...
Vətəninfo.az - Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan və iriçaplı
pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini
ümumilikdə 101 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonu ərazisindəki adsız
yüksəkliklərdə və Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonu
ərazisindəki adsız yüksəkliklərdə və Qızılhacılı kəndində, Berd
rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi
və Ağbulaq kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Tapqaraqoyunlu, Gülüstan, Tərtər
rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şıxlar, Baş
Qərvənd, Sarıcalı, Cəvahirli, Kəngərli, Novruzlu, Qaraqaşlı, Mərzili,
Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz,
Aşağı Əbdürrəhmanlı, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili
kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl
rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də
Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.