Cəbhədə gərgin vəziyyət
Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin
müxtəlif istiqamətlərində iriçaplı pulemyot və 60 mm. minaatanlardan da
istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 111 dəfə
pozub.
Vətəninfo.az-ın Müdafiə Nazirliyinin saytına istinadla verdiyi xəbərə görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Dovex, Barekamavan
kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Qaymaqlı
kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz
rayonunun Koxanəbi kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt,
Çaylı, Yarımca, Göyarx, Ağdam rayonunun Şuraabad, Şıxlar, Kəngərli,
Cəvahirli, Sarıcalı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun
Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli,
Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl,
Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri
atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.