“Publika.az saytı fəaliyyəti dövründə ilk dəfədir ki, ədəbiyyatla bağlı müsabiqə keçirir”
Bu barədə “Vətəninfo.az”a müsabiqənin təşkilatçılarından olan gənc yazar Cəlil Cavanşir bildirib. Müsabiqənin şərtlərindən danışan yazarın sözlərinə görə, artıq peşəkar kollektiv seçilib:
“Ona görə inanmıram ki, yazıçı və şairlərin narazılığına səbəb olacaq hadisə baş versin. Hər şey yüksək səviyyədə təşkil olunub. Təşkilatçılar peşəkar adamlardır. Seçimlər obyektiv şəkildə aparılacaq. Müsabiqəyə qəbul olunan mətnlər publika.az saytında yayımlanacaq. Oxucular saytda dərc olunan mətnləri oxuya biləcək”.
“Hər şey göz qabağında olacaq”. - deyən yazar onu da bildirdi ki, müsabiqə iki istiqamətdə aparılacaq, şeir və hekayə müsabiqəsi:
“Hekayə müsabiqəsində məhdudiyyət olacaq. 10 min işarə həcmində olan və ədəbi normalara uyğun hekayələr qəbul olunacaq. Əxlaqa zidd hekayələr qəbul olunmayacaq. Şeir müsabiqəsində isə hər şairin iki şeiri qəbul olunacaq. Şeirdə həcm məhdudiyyəti yoxdur”.
C.Cavanşir əlavə etdi ki, artıq müsabiqəyə əsər qəbulu başlayıb. Xüsusilə yaşı 35-ə qədər olan gənc həmkarlarımızın iştirak etməsini istəyirəm. Müsabiqədə böyük pul mükafatı olacaq. Mükafatlandırma mərasimi böyük tədbir şəklində keçiriləcək”.
Könül İbrahim
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR