Cəlilabad rayonunda ehtiyatsızlıq səbəbindən ailənin bir üzvü tüstüdən boğulub, daha iki üzvü isə zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Vətəninfo.az xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Böyük Bəcrəvan kənd sakini İsrail Sayadulla oğlu Hüseynova məxsus fərdi yaşayış evində də baş verib. Axşam saatlarında otağın isidilməsi üçün istifadə olunan elektrik sobası aşaraq evdəki xalçanı yandırıb. Bu zaman otaqda ciddi yanğın baş verməsə də, iki aylıq körpə, ər və arvadın olduğu otaqda qatı tüstü yaranıb. Ailənin digər üzvləri isə hadisə barədə yalnız səhər açılanda sonra xəbər tutublar. Ev sahibinin 22 yaşlı həyat yoldaşı Gülarə Hüsynova tüstü və dəm qazından boğularaq ölüb. İsrail Hüseynov və iki aylıq körpəsi Hüseyn Hüseynov isə ağır vəziyyətdə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Həkimlərin göstərdikləri müvafiq yardımlardan sonra İ. Hüseynovun vəziyyətinin orta-ağır, iki yaşlı körpənin isə vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR