"Bizim Rusiya ilə sıx əlaqələrimiz var. Cənubi Osetiya Rusiyanın tərkibinə qatıla bilər. Hazırda bununla bağlı işlər gedir".
Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu qondarma Cənubi Osetiya respublikasının prezidenti Leonid Tibilov deyib. Onun sözlərinə görə, Cənubi Osetiya Rusiyaya inteqrasiya istiqaməti üzrə görülən işləri sürətləndirib.
“İnteqrasiya Cənubi Osetiyanın Rusiyanın tərkibinə qatılmaq üçün ciddi mərhələlərdən biridir. Rusiyaya birləşmək hər birimizin istəyidir. Əvvəllər də demişəm ki, biz Rusiya ilə vahid şəkildə olmalıyıq. Bu tarixi an baş tutmalıdır”, Leonid Tibilov bildirib.
Cənubi Osetiyanın Rusiyaya hansı yolla birləşdirilməsinə gəlincə, L.Tibilov deyib ki, parlamentdə əksər deputatlar bunun referendum yolu ilə həyata keçirilməsini təklif edir: “Yeni parlament Cənubi Osetiyanın Rusiyanın tərkibinə qatılması ilə bağlı rəsmi Moskvaya müraciət edə bilər”.
Qeyd edək ki, bu ay qondarma Cənubi Osetiya respublikasında parlament seçkiləri keçiriləcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR