Modelyer Corco Armani italyan kinematoqrafını dəstəkləməyə davam edir.
AZƏRTAC wwd.com saytına istinadla xəbər verir ki, bu dəfə o, rejissor Marko Bellokkyonun 1965-ci ildə çəkdiyi filmi bərpa edəcək. "Cibdə yumruqlar" dramı "Lokarnoda" festivalda 50 il əvvəl nümayiş edilib və "Gümüş yelkən" mükafatını qazanıb. Avqustun 14-də Lokarnoda filmin yeni versiyasını və titrlərdə Corco Armaninin adını görmək mümkün olacaq. "Mən uşaq olanda kinoya getmək reallıqdan uzaqlaşmağın yeganə yolu idi. Köhnə filmlərini qəhrəmanları kimi özümü təsəvvür etmək, onların xarakterlərini özümə aid etmək, onların həyatlarını yaşamaq mənim xoşuma gəlirdi", - deyə Corco Armani müsahibəsində bildirib.
Dizaynerin sözlərinə görə, illər keçdikdən sonra onun ən yaxşı rejissor və aktyorlarla əməkdaşlıq etmək, onlara dünya kinomatoqrafının irsini qorumaqda kömək etmək şansı yarandı. "Deyəsən, mənim uşaqlıq arzularım çin olur", - deyə dizayner əlavə edib.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL