Gəncədə yol polisi əməkdaşı xidmət apararkən sürücü tərəfindən avtomobillə vurulub.
Gəncə şəhər Nizami rayon Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi Əlahiddə yol-patrul xidməti bölüyünün yol patrul xidməti inspektoru, 1985-ci il təvəllüdlü Vüsal Bayramov raportla Nizami rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, xidməti avtomobili ilə Müseyib Bağırov və Vaqif küçələrinin kəsişməsində xidmətdə olarkən adı sonradan məlum olan şəhər sakini, 1990-cı il təvəllüdlü Turqut Xəlilovun “Mersedes E 200” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğunu görüb və avtomobili saxlamaq istəyib.
Sürücü T.Xəlilov ona tabe olmayaraq yol polisi əməkdaşını təhqir edib, qəsdən avtomobili onun üzərinə sürərək sağ və sol diz nahiyəsindən xəsarətlər yetirərək hadisə yerindən qaçıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsində araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR