Vətəninfo.az APA-ya istinadən xəbər verir ki, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil və Qarabağ problemi Gömrük İttifaqında həll olunmur. Məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan hakim partiyanın gənclər təşkilatının qurultayında deyib. Qazaxıstan prezidentinin Avrasiya İqtisadi Şurasının iclasında Azərbaycan prezidentinin məktubunu oxuyarkən səsləndirdiyi fikirlərə münasibət bildirən S.Sarkisyan Ermənistanın Gömrük İttifaqındakı üzvlüyünə hər hansı maneələrin olmadığını bildirib:
“Kim deyib ki, biz Gömrük İttifaqına Dağlıq Qarabağla birlikdə qəbul olunacağıq? Belə bir şey olmayıb və ola da bilməzdi. Çünki ən azı qanunvericiliyimizə və baxışlarımıza əsasən, Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi deyil. Gömrük İttifaqındakı üzvlüyün Dağlıq Qarabağ probleminin həllinə təsir gücünə gəldikdə isə, bu, birmənalıdır. Əlbəttə ki, Nursultan Nazarbayevin səsləndirdiyi fikirlər xoş olmayıb. Lakin bu, bizə hansısa zərər verə bilməz”, - deyə o vurğulayıb. Xatırladaq ki, Qazaxıstan prezidenti Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın Avrasiya İttifaqına BMT-nin tanıdığı sərhədləri çərçivəsində qoşula biləcəyini bəyan edib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR