“Azərabaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyini Tiqran Sarkisyana çatdırdım”
“Gürcüstan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllini dəstəkləyir”. APA-nın “Armenia Today” saytına istinadən verdiyi məlumata görə, bu sözləri Gürcüstanın baş naziri Bidzina İvanişvili Ermənistanın baş naziri Tiqran Sarkisyanla görüşündən sonra keçirilən birgə brifinqdə deyib. Bakıya səfəri zamanı Azərbaycan prezidenti İlham Əliyevlə bu məsələni müzakirə etdiyini söyləyən B. İvanişvili, onun mövqeyini T. Sarkisyana çatdırdığını açıqlayıb.
Mətbuat konfransında hər iki ölkə jurnalistlərinə iki sual vermək üçün şərait yaradılıb. Lakin “Rustavi 2” telekanalının müxbirinin Gürcüstanın xarici işlər naziri Maya Pancikidzenin Dağlıq Qarabağ münaqişəsinə dair açıqlamaları haqda sualı B. İvanişvilini qəzəbləndirib və gürcü jurnalistlərin ikinci sualına imkan verilməyib. B. İvanişvili qeyd edib ki, M. Pancikidzenin məlum bəyanatına artıq aydınlıq gətirilib və bu məsələ qapanıb. Nazirin sözlərinin təhrif olunduğunu söyləyən baş nazir jurnalistin yenidən bu məsələni qaldırmasından qəzəblənib. Onun fikrincə, bu məsələni məhz “Rustavi 2” qabardaraq gərginlik yaradıb və eyni telekanal indi Ermənistanda da bu mövzu ətrafında gərginlik yaratmağa çalışır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR