Səidə Dadaşova soyadı ilə vidalaşdı
Sevilən müğənni Səidə Dadaşova Dadaşova soyadı ilə vidalaşdı. Artıq müğənni Səidə Rəfael kimi tamaşaçıların görüşünə gəlir. Vətəninfo.az-ın əldə etdiyi məlumata görə, müğənni ona görə damarlarını kəsməyə cəhd edən gəncin evlilik təklifini rədd edib. Məsələ ilə bağlı Səidə xanıml əlaqə saxladıq. Səidə xanımın dedikləri: “Camaatdan heç nə gizlətmək olmur. Düzdür, məni sevənlərin, evlilik təklif edənlərin sayı çoxdur. Mən isə hələ bu barədə düşünmək belə istəmirəm. Yeganə düşündüyüm sənətimdir. Belə bir hadisə olub, danmıram. Mən o gənci başa saldım ki, biz ailə həyatı qura bilmərik. Yalnız dost ola bilərik. O subaydır, mən isə ailəli olub ayrılmışam. Hətta mən ona dedim ki, sənin toyunda da gəlib oxuyacam. Bu əsl sevgidir, fanat sevgisi deyil, başa düşürəm. Ancaq biz qovuşa bilmərik. Mən çox qısqanc insanları sevmirəm”. Müğənni eyni zamanda soyadını dəyişdirməsi ilə bağlı sualımıza da aydınlıq gətirdi: “Çoxları deyir ki, guya mənim üçün damarlarını kəsməyə cəhd edən və buna hər an hazır olan gəncin adıdır Rəfael. Mən həmin şayiələri yayan insanlara demək istərdim ki, dünyalar qədər sevdiyim atam Rəfael Dadaşovun adını özümə soyad kimi götürmüşəm və bundan qürur duyuram. Sizə də təşəkkür edirəm ki, bu məsələlərə aydınlıq gətirdiniz”.
Alim Nəbioğlu
Foto Araz Hacıyev
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR