Rusiyapərəst separatçılar və Ukrayna hərbi qüvvələri şərqi Ukraynada strateji əhəmiyyətli şəhərdən silahları çıxarmaqdan imtina edir. Beynəlxalq vasitəçilərin köməyi ilə imzalanan atəşkəsə baxmayaraq, şərqi Ukraynada döyüşlər səngimir.
Vətəninfo.az xəbər verir ki, bazar günü qüvvəyə minən atəşkəs nəticəsində müharibə zonasının hər bir tərəfində hərbi əməliyatlar azalsa da, Kiyevin nəzarətində olan, lakin separatçılar tərəfindən mühasirə edilmiş Debaltsevo şəhərində döyüşlər davam edir.
Atəşkəsə əsasən, hər iki tərəf ağır silahları çərşənbə axşamı çıxarmağa başlamalı idi. Lakin son möhlət bitsə də hər iki tərəf bu addımı birinci atmayacağını bildirib.
Üsyançıların nümayəndələri, Ukrayna, Rusiya və ATƏT arasında baş tutacaq telefon söhbəti zamanı sülh sazişi və silahların çıxarılmasının müzakirə olunacağı gözlənilir.
Atəşkəsə nəzarət etmək ATƏT-in öhdəliyindədir, lakin üsyançılar ATƏT-in Debaltsevoya daxil olmağının qarşısını alıb. Almaniya Ukrayna və Rusiya liderləri ilə ATƏT nümayəndələrinin mühasirəyə alınmış şəhərə daxil olmasına yardım etmək haqda razılıq əldə etdiyini bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR