Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının ölçüsündən söz düşərkən ilk növbədə gözlərimizin qarşısında gördüyümüz-görmədiyimiz əzəmətli İdman Olimpiya Kompleksləri canlanır. Dövlət Başçısı İlham Əliyevin təşəbbüsü və xeyir-duası ilə ərsəyə gələn idman komplekslərinin inşası mütəmadi olaraq davam etdirilir və hər yeni kompleks aid olduğu rayonun idman həyatında müstəsna rol oynayır. İdman Olimpiya Kompleksinə sahib olan rayonlardan biri də Cəlilabad rayonudur. Təəssüflə qeyd edilməlidir ki, bu idman kompleksinin fəaliyyəti rayonda yox dərəcəsindədir. Təsəvvür edin, cibi boş olan adam kompleksin həndəvərində fırlana bilməz, nəinki içində… İdmana heç bir aidiyyatı olmayan müdir Cavid Əsgərovun sayəsində möhtəşəm idman kompleksi qanunsuz gəlirlərin meydan suladığı məkana çevrilib. Adi quyu suyunu da pulla satırlar. Kompleksin nəzdində fəaliyyət göstərən "Otel”dənsə ikrahsız danışmamaq mümkün deyil. "Otel” təyinatdan kənar iyrənc işlərlə məşğuldur, imkanlı adamların və Cavid Əsgərovun yaşından- başından utanmayan atasının hərəmxanasına çevrilib desək – yanlışlıq olmaz.. Bir sözlə, Cavid Əsgərov və başına topladığı qohum-əqrabası idman kompleksində dövlətə məxsus vasitələri istismar etməklə özəl bazar açıblar və bu "bazarın” özünə məxsus özəl qanunları var. Olimpiya Kompleksinin müdiri Cavid Əsgərovun və komandasının qeyri-qanuni əməlləri ilə bağlı araşdırmalarımız davam edir və yaxın zamanda araşdırmalarımızın nəticəsi olacaq yazını təqdim edəcəyik. Və eyni zamanda biləcəksiniz:
… Kompleksin müdiri 2-ci qrup əlil Cavid Əsgərov necə oldu ki, birdən-birə "əməkdar idman ustası” oldu? Hərbi xidmətdən yayınması, orta məktəbdə müəllim işləyərkən YAP üzvü olmaqdan imtina etməsi, vəzifəyə keçməmişdən bir neçə gün əvvəl YAP üzvü olması kimi şok, qandonduran məlumatlar.
…Ömrü boyu cibində İsa Qəmbərin, Əli Kərimlinin şəklini gəzdirən Cavid Əsgərov Yeni Azərbaycan Partiyasının üzvü olmaqla, İsa Qəmbər, Əli Kərimli sevdasından əl çəkibmi?
…Cavid Əsgərovun deputatlıq iddiası hardan qaynaqlanır və onu YAP-ın kifayyət qədər nüfuzlu namizədi ilə mübarizədə onu hansı partiya dəstəkləyir? və Əli Kərimli kimi dövlətimizin,xalqımızın düşmənlərinə vaxtaşırı maddi yardımı nələr,nələr…