Metropliten ərazisində dini ədəbiyyat və dini əşyaların satışına qadağa qoymaq bunu edənlərin düşüncəsinin qüsurlu olduğunu göstərir. Bu sözləri "Vətəninfo.az"a AXCP sədrinin müşaviri,tədqiqatçı Rəsul Mirhəşimli bildirdi. "Əgər metro stansiyalarında ticarət obyektləri varsa, artıq o dükanda kimin nəyi satması hər kəsin öz haqqıdır. Tağı Əhmədov bir zaman "dükan mənimdir, özüm bilərəm" iddiası ilə çıxış edib. İndi metropoliten rəisi hər kəsin öz dükanında nəyi satması haqqını da tanımalıdır. Əgər Qurani-Kərimin, namaz cədvəlinin və s. bu kimi dini ədəbiyyat, təsbeh və başqa dini vasitələrin satışına qadağa qoyulursa, bu, insanların vicdan azadlığını kobud şəkildə pozmaqdır. Biri Quranı "zərərli" dini ədəbiyyat sayırsa, onun düşüncələri qüsurludu. Bu adamlar insanların hüquqlarını pozmaqdan da irəli gedib, artıq Allaha da savaş açıblar. Quranın "Fil" surəsinin şərhini bilənlər gözəl anlayır ki, müqəddəs Kitabımızın Rəbbi qarşısında hələ dayana biləcək zalım qalmayıb yer üzündə. Məncə, Tağı Əhmədov bu cür işlərlə məşğul olmaqdansa, 20 Yanvar stansiyasının keçidlərini kerosinlə silməyi qadağan eləsin, saat 22-dən sonra bəzi stansiyalarda eskalatorun dayandırılmasının səbəblərini öyrənsin, bunu aradan qaldırsın. Döşəməni kerosinlə silmək təkcə onu sürüşkən etmir, həm də kəski qoxu bəzi adamların beynində problem yaradır".
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR