Prezidentin milyarderlərlə görüşünün bəzi təfərrüatları məlum olub
Rusiya prezidenti Vladimir Putinin oliqarxlarla görüşünün bəzi detalları məlum olub.
ANS PRESS-in məlumatına görə, "Vedomosti" qəzeti Putinin 40 oliqarxla görüşündə Rusiyanın düşdüyü ağır maliyyə vəziyyətinin müzakirə edildiyini və onlardan ilk mərhələdə əllərində olan valyuta ehtiyatlarının çoxunu bazara daxil olmasını istədiyini xəbər verib. Belə ki, oliqarxların bazara müdaxilə planı çərçivəsində yeni ilə qalan 10 gün ərzində bazara 10 milyard dollar daxil olacaq. Qəzet yazır kı, artıq hər gün bazara bir milyard dollar vəsait daxil edilir. Bu isə Putinin oliqarxlardan etdiyi tələbin yerinə yetirildiyini göstərir.
Putinin böhrandan çıxmaq planlarında 2008-ci ilin modelindən istifadə olunacaq. Belə ki, rus banklarına sərmayələrini 10 faiz artırmaq üçün 1 trilyon rubl (təxminən 16,5 milyard dollar) pul ayrılacaq. Bu vəsaitlərdən isə başda dövlət şirkətləri olmaqla real sektorda çalışan iş adamlarına ucuz və uyğun müddətli kreditlər təqdim ediləcək.
Qeyd edək ki, Rusiyanın valyuta ehtiyatları 400 milyard dollar həcmində qiymətləndirilsə də, özəl şirkətlərin yığılmış xarici borcları 600 milyard dollar səviyyəsindədir. Bu səbəbdən ekspertlər Putinin planının zəif tərəflərini qabardırlar. Və planın daha çox psixoloji təsir yaratmaq məqsədi daşıdığını bildirirlər.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR