Əməkdar artist Elza Seyidcahan övladları haqqında verilən sualları cavablandırmayacaq.
Axşam.az-ın məlumatına görə, müğənni son vaxtlar oğlunun boşanma söhbətinin yenidən gündəmə gəlməsinə bərk əsəbiləşib:
“Oğlumun boşanma məsələsi uzun illər əvvəl olub. Bunu niyə yenidən gündəmə gətirirlər, başa düşə bilmirəm. Bu, insanın evinə icazəsiz girmək kimi bir şeydir. Adlarını "araşdırmaçı" qoyurlar. Mənim oğlum yanımdadır. Heç kimin haqqı yoxdur ki, onun şəxsi həyatını gündəmə gətirsin. Bundan sonra qərar vermişəm, övladlarım haqda heç bir sualı cavablandırmayacağam. Onlardan yazılmasına qadağa qoymuşam. Bu xəbərlər oğlumu da narahat edir. Mənə, ailəmə dost deyən insanlar zəng edib onu əsəbiləşdirir ki, ananı təhqir edirlər, get cavabını ver. O dırnaqarası dostlara deyirəm ki, məni heç kim təhqir edə bilməz. Bunu edən dövlət qarşısında cavab verəcək. Bəsdirin, ailəmə söz saldınız. Hər kəsin atmacasına cavab verəcək bir sənətkaram. Yaradıcılığım, istedadım var”.
Əməkdar artist ona söz atanlara da cavab verib:
“Bostanıma daş atanlar mənim üçün əhəmiyyətsiz insanlardır. Onların atdığı daşları ayağımın altına yığıb daha da yüksəklərə ucalıram. Qoy elə çox daş atsınlar. Onlardan pilləkən qurmuşam”.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR