Dünya bazarında qızılın unsiyası 36 dollar ucuzlaşıb

Dünya bazarında qızılın unsiyası 36 dollar ucuzlaşıb
İyulun 19-da Amerika fond bazarlarında Dow Jones indeksi 0,19% azalaraq 18 086,45 bənd, S&P 500 0,11% bahalaşaraq 2 126,64 bənd, Nasdaq isə 0,91% irəliləyərək 5 210,14 bənd təşkil edib.

Avropa fond bazarında FTSE 100 indeksi 0,31% geriləyərək 6 775,08 bənd, Fransa CAC-40-ı 0,06% artaraq 5 124,39 bənd, Almaniya DAX-ı isə 0,37% geriləyərək 11 673,42 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 36,1 ABŞ dolları, yaxud 3,16% ucuzlaşaraq 1 107,10 dollar olub. Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,0823 (-0,64%) təşkil edib.

Xatırladaq ki, qızılın qiyməti son 5,5 il ərzində ilk dəfə olaraq bu həddə düşüb. Belə ki, 2010-cu ilin yanvarında qızılın bir unsiyasının qiyməti 1131,80 dollara bərabər olub.
"Report" 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az