Dünya çempionu Ceyhun Vəliyev əsgəri xidmətdən yayınır?

Dünya çempionu Ceyhun Vəliyev əsgəri xidmətdən yayınır?
Poverliftinq üzrə dünya çempionu Ceyhun Vəliyevin hərbi əsgəri xidmətdən yayınma faktı aşkarlanıb.

Məlub olub ki, 14 iyun 1988- ci il doğumlu Beyləqan rayon sakini Vəliyev Ceyhun Malik oğlu dəfələrlə Beyləqan hərbi komissarlığı tərəfindən əsgəri xidmətə çağırılsa da, bu ciddi məsələdən müxtəlif bəhanələrlə yayınmağa müvəffəq olub.

Qeyd edək ki, kifayət qədər sağlam Ceyhun Vəliyev dəfələrlə Azərbaycanda və Azərbaycandan kənarda yarışlara qatılaraq, nəticələr əldə edərək öz şəxsi mənafeyi uğrunda ölkə potensialından istifadə etsə də, Vətənə olan borcunu hələ də ödəməyib./Karabakhmedia.az/

Media olaraq məsələni diqqətdə saxlayırıq.

Miq.az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az