Vətəninfo.az xəbər verir ki, Nobel mükafatı laueratı, Kolumbiya yazıçısı Qabriel Qarsiya Markes (Gabriel Garcia Marquez) 87 yaşında Meksikada vəfat edib. Bu barədə BBC yazıçının ailəsinə yaxın mənbəyə istinadən məlumat verib. Qeyd edək ki, yazıçı pnevmaniyadan əziyyət çəkirdi. O, bir müddət öncə xəstəxanaya da yerləşdirilmişdi.
Qabriel Qarsiya Markes 1928-ci ildə Kolumbiyanın Arakataka şəhərində anadan olub. 18 yaşında Sipariki internatında oxuduğu dövrdə ilk dəfə yazmağa başlayıb. 1950-ci ildə hüquq fakültəsində təhsilini yarımçıq buraxıb özünü bütövlükdə ədəbiyyata və jurnalistikaya həsr etmək qərarı verib.
Beləliklə, ən böyük romanı olan, 16 il sonra "Yüz ilin tənhalığı" adlanacaq "Ev"i yazmağa başlayıb.
"Gözlənilən bir qətlin qısa tarixçəsi", "Palkovnikə məktub yoxdur", "Patriarxın payızı", "Vəba dövründə məhəbbət" və başqa əsərlərin müəllifidir.
1982-ci ildə Ədəbiyyat üzrə Nobel mükafatı alan yazıçı maqik realizm cərəyanın yaradıcılarından hesab olunur.
Məlumata görə, Kolumbiya prezidenti Xuan Manuel Santos ölkədə 3 günlük mətəm elan edib. “Qabriel Qarsiya Markes ölkəmizin bütün tarixi boyunca vətənin adını ən yüksəyə qaldıran kolumbiyalı idi”, - deyə dövlət başçısı bildirib. Aprelin 21-də Mexikodakı Zərif Sənətlər Sarayında yazıçı ilə vida mərasimi keçiriləcək.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR