Vətəninfo.az Trend-ə istinadən nxəbər verir ki, Beynəlxalq Güləş Federasiyası (FILA) tərəfindən 2013-cü ilin yekunlarına əsasən, ilin ən yaxşı güləşçilərinin adları açıqlanıb.
Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, yığma komandamızın üzvü Saman Təhmasibi yunan-Roma güləşi üzrə 2013-cü ilin ən yaxşı güləşçisi seçilib. 2013-cü ildə keçirilən dünya çempionatında gümüş medal (10 xal), ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Qızıl Qran Pri beynəlxalq turnirinin final mərhələsində qızıl medal (6 xal) və Avropa çempionatında 5-ci yer (2 xal) qazanan Saman Təhmasibi yunan-Roma güləşçiləri arasında ən yüksək reytinq xalı - 18 xal toplayaraq "İlin ən yaxşı güləşçisi" adına layiq görülüb.
Qeyd edək ki, FILA idmançıları il ərzində keçirilən mötəbər beynəlxalq yarışlarda (Olimpiya Oyunları, dünya çempionatı, qitə çempionatları, Qızıl Qran Pri turnirinin final mərhələsi) göstərdiyi nəticələrə görə qiymətləndirir.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR