Fələstinli radio aparıcısı Talat Alevi radioda dünyanın ən uzun canlı yayımı olarak Ginessin Rekordlar Kitabına düşmək üçün 52 saat efirdə olub.
Ramallah şəhərindəki "Raye FM"də bazar ertəsi saat 12:00 da yayıma başlayan Alevi çərşənbə günü saat 14: 00-a qədər fasiləsiz davam edən proqramda, başda Fələstin dövlət başçısı Mahmud Abbas, baş nazir Rami əl-Hamdallah olmaq üzrə 300 qonaq qəbul edib.
Canlı yayım 30 radio tərəfindən efirə verilib. Eyni zamanda Ginessin Rekordlar Kitabının London və Dubay ofisləri tərəfindən dinlənilib. Qəzza və Qərbi Şəriyədəki inşaatlar, işsizlik, İsrailin boykotu kimi mövzuların gündəmə gətirildiyi proqramda, ehtiyacı olanlara və xəstələrə da yardımlar edilib.
Livanlı radio aparıcısı Rima Necimin 46 saatlıq rekordunu qıran Alevi məqsədinin beynəlxalq ictimaiyyətin diqqətini Fələstinə yönəltmək olduğunu deyib.
"Bu müvəffəqiyyət Fələstinin və Fələstin mətbuatının müvəffəqiyyətidir", - Alevi vurğulayıb.
Proqramın radioda dünyanın ən uzun canlı yayımı olaraq Ginnessin Rekordlar Kitabına dşməsinin açıqlanması gözlənilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR