Düşmən təmas xəttində -Talışda belə məktəb də tikdi...-FOTO

Düşmən təmas xəttində -Talışda  belə məktəb də tikdi...-FOTO
Nə yazıqlar ki, 30 illik işğal tarixindən hələ lazımi dərs çıxarmadıq...

Xəbər verdiyimiz kimi, işğalçı və separatçı rejimlər Aprel döyüşləri zamanı ən qaynar nöqtələrdən biri olmuş Tərtər rayonunun işğal altındakı Talış kəndindən köçürülmüş erməniləri geri qaytarmağa başlayıblar.

Moderator.az xəbər verir ki,  Xankəndidəki separatçı nəşrlərin yaydığı məlumata görə, artıq Talışda yenicə tikilmiş məktəb binası da istifadəyə verilib. Hələlik məktəbdə cəmi 26 erməni uşağı oxuyur.

"Dirçəlmiş Talış öz sakinlərini ana kimi  bağrına basır və uşaqlarını  qanadları altına alaraq əzizləyir...” – deyə kəndin faktiki icma rəhbəri Vilen Petrosyan Talışdan qaçmış ermənilərin hamısını geri dönməyə çağırıb.

P.S. Düşmənin, heç olmasa, təmas xəttinin lap  yanındakı ərazilərimizdə məskunlaşdırma işlərinin qarşısını ala bilmirik... 

P.P.S.  Nə yazıqlar ki, 30 illik işğal tarixindən  hələ lazımi dərs çıxarmamışıq...

Sultan  Laçın


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az